Marketinq


  • İxtisasın adı: Marketinq
  • İxtisas qrupu: II
  • Fakültə: Biznes və iqtisadiyyat 
  • Təhsilin səviyyəsi: Bakalavriat
  • Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani, qiyabi
  • Tədrisin dili: Azərbaycan dili, ingilis dili
  • Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
  • Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2200 AZN
  • Təhsil haqqı: Azərbaycan bölməsi, qiyabi – 2000 AZN
  • Təhsil haqqı: İngilis bölməsi, əyani – 2500 AZN

Bu ixtisasa qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılır. İngilis bölməsinə qəbul olan tələbələrin təhsil müddəti ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla 5 ildir.

Marketinq ixtisası üzrə bakalavr təhsili alan tələbələr istehlakçıların tələbinin ödənilməsi üçün lazım olan olan məhsul və xidmətlərin istehsalı, səmərəli satışının təşkil edilməsi üçün bazar tədqiqatlarının aparılmasını öyrənirlər. Marketinq  ixtisası üzrə çalışan mütəxəsislər marketoloqlar, marketerlər və ya bazar araşdırmaçıları adlanırlar. Marketoloqlar əsas etibarilə biznes fəaliyyəti ilə məşğul olan müxtəlif kommersiya təşkilatlarında (şirkətlərdə) çalışa bilərlər.

Marketinq ixtisasını almış mütəxəsislər marketinq tədqiqatlarının apa­rıl­ması, istehlakçıların davranışının modelləşdi­rilməsi və bazarın seqment­ləş­diril­məsi mə­sə­lələri, marketinqin kommunikasiya sistemi, məh­sul­ların bölüşdürülməsi və satış kanallarının formalaşdırılması, strateji marketinq planlaşdırılması prosesinin həyata keçirilməsi kimi  bilik və bacarıqlara sahib olurlar.

Marketinq ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.

Marketinq ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.