İxtisasın adı: Biznesin idarə edilməsi
İxtisas qrupu: II
Fakültə: Biznes və iqtisadiyyat
Təhsilin səviyyəsi: Bakalavriat
Təhsilin müddəti və forması: 4 il (8 semestr), əyani
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: Azərbaycan bölməsi, əyani – 2000 AZN
İngilis bölməsi, əyani – 2500 AZN
Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alan tələbələr kommersiya təşkilatlarında maliyyə, marketinq, insan resurslarının idarə edilməsi, strateji planların hazırlanması, beynəlxalq biznes əlaqələrinin qurulması və həyata keçirilməsi məsələlərini öyrənirlər. İxtisas həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Biznesin idarə edilməsi ixtisası almış mütəxəssislər biznes fəaliyyəti ilə məşğul olan müxtəlif kommersiya təşkilatlarında menecer kimi çalışa bilərlər.
Biznesin idarə edilməsi ixtisasını almış bakalavrlar müəssisənin strateji idarə edilməsi və biznes konsepsiyasının hazırlanması, rəqabətli bazarda marketinq tədqiqatlarının aparılması və satış kanallarının müəyyən edilməsi, beynəlxalq biznes əlaqələrinin qurulması, biznes-planın tərtib edilməsi və həyata keçirilməsi kimi bilik və bacarıqlara sahib olurlar.
Biznesin idarə edilməsi ixtisasının tədris qrafikini Azərbaycan bölməsi üçün BURADAN yükləyə bilərsiniz.
Biznesin idarə edilməsi ixtisasının tədris qrafikini ingilis bölməsi üçün BURADAN yükləyə bilərsiniz.