Karyera Mərkəzi tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədiylə fəaliyyət göstərir. Mərkəz tərəfindən gənclərin məşğulluq problemlərinin həlli istiqamətində təşkilati və maarifləndirmə tədbirləri, təlim və seminarlar həyata keçirilir.
Təlim və tədbirlər əsasən aşağıdakı sahələri əhatə edir:
- CV və motivasiya məktublarının hazırlanması
- Müsahibəyə psixoloji hazırlıq və davranış qaydaları
- Kollektiv iş metodları
- Şirkət mədəniyyəti və iş etikası
- Vaxtın idarə edilməsi
- İdarəetmə psixologiyası
- Şirkətlərə informasiya turları
- İşadamları ilə görüşlər
- Məzunlarla görüşlər
- HR menecerlər ilə görüşlər
- Karyera günləri (Əmək yarmarkaları)