Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi PETRA layihəsi (Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi/Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) çərçivəsində yaradılıb.
Mərkəzin məqsədi Azərbaycan Universitetində təlim-tədris prosesinin keyfiyyətini yüksəltmək, innovativ və yeni təlim metodlarını tətbiq etmək, təlim və tədris prosesinin tədqiqata söykənməsini təmin etmək yolu ilə universitetin kadr və elmi potensialının artırılmasına müsbət töhfələr verməkdir.
Zəngin texniki avadanlıqla təchiz olunan mərkəz tərəfindən universitetin müəllim - tələbə heyəti üçün zəruri təlim və seminarların təşkili təmin edilir.
ECDL, PTE Academic kimi beynəlxalq sertifikat kurslarının təlimlərinin və imtahanlarının keçirilməsinin təşkili də mərkəzin vəzifələri sırasındadır. Mərkəzə bağlı elektron laboratoriya da fəaliyyət göstərir.
Azərbaycan Universiteti kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL sertifikat proqramının (European Computer Driving Licence) Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq, eyni zamanda ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English Academic) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub.