Beynəlxalq tələbələrin magistraturaya qəbulu

Azərbaycan Universiteti magistratura pilləsində fərqli proqramlar təklif edir.
Universitetə qəbul iyun-iyul aylarında, ildə bir dəfə olmaqla, müraciət edən tələbənin akademik göstəriciləri, şəxsi keyfiyyətləri və s. nəzərə alınmaqla həyata keçirilir. Proqrama müraciət edən tələbələr, eyni zamanda ingilis dili biliklərini sübut edən sənədin surətini təqdim etməlidir.


Müraciət

2023/2024-cü tədris ili üçün ərizə qəbulunun son müraciət tarixi 30 iyul 2023-dür. Proqrama müraciət edən əcnəbi tələbələrin sənədləri yalnız portal.edu.az vasitəsi ilə qəbul edilir. 

 

Ərizə qəbulu
Ərizənizin qeydə alınması üçün aşağıdakı sənədlər tələb olunur:
Qeyd: Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.

  • Doldurulmuş ərizə forması
  • Bakalavriat diplomunun surəti*
  • Bakalavriat diplomunun əlavəsinin surəti (Transkript) *
  • İngilis dili biliklərini göstərən sənədin surəti *
    Tələbələr TOEFL və IELTS test nəticələrini göstərən sənədin surətini və yaxud ingilis dilinin onların tədqiqatının əsas dili olduğunu sübut edən universitet möhürü ilə rəsmi məktub təqdim etməlidirlər.
  • CV (Curriculum Vitae )
  • Xarici pasportun surəti *
  • İki tövsiyə məktubu
  • Motivasiya məktubu (300-400 sözdən ibarət)
    Tələbə, bu hissədə özü haqqında, eyni zamanda niyə bu proqramı seçdiyini və gələcək karyera planı haqqında məlumat verməlidir.

*Müraciəti qəbul olunan tələbələr Azərbaycan Universitetinə gələrkən qeyd olunan sənədlərin əslini təqdim etməlidirlər.

Müraciətlərin nəticəsi
Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılacaqlar.

Sənədlərin göndəriləcəyi ünvan:
Azərbaycan Universiteti
Beynəlxalq əlaqələr şöbəsi
E-mail: international.office@au.edu.az