
Qış imtahan sessiyası başlayıb
05.01.2022 717Bu gün Azərbaycan Universitetində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Sessiya dövründə imtahanların təşkili və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan nəzarət komissiyası” fəaliyyət göstərir.
Qış imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da yaradılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
05.01.2022