Azərbaycan Universitetində ali təhsilin magistratura və doktorantura səviyyəsində kadrların hazırlanmasının idarə edilməsi, nəzarəti və koordinasiyası Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən həyata keçirilir. Magistr hazırlığı 21 Azərbaycan bölməsi, 5 ingilis bölməsi olmaqla 26, doktorant və dissertant hazırlığı 22 ixtisaslaşma üzrə aparılır. Hazırda magistratura proqramlarında 198 tələbə təhsil alır. Doktorantların sayı 25, dissertantların sayı isə 26-dır.
Mərkəz universitetin magistrant, doktorant və dissertantları ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:
- Mərkəzə daxil olan və mərkəzdən xaric edilən sənədlərin qeydiyyatının aparılması;
- İxtisasların dövlət standartlarına uyğunluğunun, işçi tədris planlarının hazırlanmasının və təsdiq olunmasının təmin edilməsi;
- Magistrant, dissertant və doktorantların şəxsi işlərinin formalaşdırılması və standartların tələbinə uyğunlaşdırılması, lazım olduqda onlarda müvafiq dəyişikliklərin edilməsi, o cümlədən təltif və intizam tənbehlərinin qeyd edilməsi;
- Qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrlərin hazırlanması;
- Dərslərin tədris planına uyğun keçirilməsinin təmin olunması;
- Tədris yüklərinin yoxlanması və kafedralara müvafiq tapşırıqların verilməsi;
- Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi;
- İmtahanların keçirilməsinə, akademik borcların ləğvinə və dərsə davamiyyətə nəzarət edilməsi;
- İmtahan cədvəllərinin hazırlanması, sessiya imtahanlarının, istehsalat təcrübələrinin təşkil edilməsi;
- Təlim-tərbiyə prosesində bilavasitə iştirak edilməsi;
- Magistrlik və fəlsəfə doktorluq dissertasiyalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Protokolların, əmrlərdən çıxarışların və arayışların, eyni zamanda müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi;
- Qəbul planlarının hazırlanması;
- Cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsinin təmin edilməsi və s.
Mərkəzin tərkibi
- Nüşabə Yavər qızı Quliyeva – direktor
- Nisəxanım Teymur qızı Babayeva – mütəxəssis
- İsa Yadigar oğlu Hüseynov – tyutor
- Afiq Hafiz oğlu Nadirov – tyutor
- Aydan Şahin qızı Maksimova – direktor köməkçisi
Tel: (+994 12) 431 41 12/13/16 (126)