EVENTS
Azərbaycan Universiteti magistratura səviyyəsinə 21 ixtisaslaşma üzrə qəbul aparacaq
08
06
                   Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edir. Qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən vahid qaydada aparılır. Qəbul imtahanında əldə etdikləri nəticələrə uyğun olaraq müsabiqədə iştirak hüququ qazanan bakalavrlar Azərbaycan Universitetinin ixtisaslaşmalarını seçə bilərlər. MBA proqramı xaricində bütün ixtisaslaşmalara Dövlət Sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.
- Filologiya
 Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) - 5 yer
 Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 5 yer
 Azərbaycan dili - 5 yer
 Azərbaycan ədəbiyyatı – 5 yer
 Dilşünaslıq (ingilis dili) - 5 yer
- Tərcümə
 Tərcümə (ingilis dili) - 5 yer
- Tarix
 Azərbaycanın qədim və orta əsrlər tarixi -5 yer
 Azərbaycanın yeni və ən yeni tarixi - 5 yer
- Maliyyə
 Bank işi - 5 yer
 Vergi və vergiqoyma - 5 yer
- İqtisadiyyat
 İqtisadiyyatın hüquqi tənzimlənməsi - 5 yer
 Turizmin iqtisadiyyatı - 5 yer
- Kompüter elmləri
 İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 10 yer
- Kompüter mühəndisliyi
 Kompüter mühəndisliyi - 5 yer
- Sosial iş
 Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 10 yer
 Gənclərlə iş - 10 yer
- MBA proqramı
 Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
 Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
 Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
 Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
 Biznesin təşkili və idarə edilməsi (menecment uçotu üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
Bakalavrların nəzərinə çatdırırıq ki,
- Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və vahid qaydada aparılır.
- Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
- MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
- Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslaşmaları üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
- Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
- Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2021