EVENTS
Tələbə Elmi Cəmiyyəti “Poeziyada Sən” respublika şeir müsabiqəsi elan edir
26
11
Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən gənclərin ədəbi-bədii yaradıcılığının inkişaf etdirilməsi, milli poeziya ənənələrinin yaşadılması və təbliği məqsədilə “Poeziyada Sən” adlı respublika şeir müsabiqəsi keçiriləcək.
Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilərlər.
Müsabiqə poeziya sahəsində istedadlı gənclərin aşkarlanması, onların yaradıcılıq potensialının ortaya çıxarılması və stimullaşdırılması; Gənclərin şəxsi inkişafına və özünüifadə bacarıqlarının inkişafına dəstək məqsədilə təşkil olunur.
Müsabiqədə iştirak şərtləri
- Mövzu sərbəstdir;
- Müsabiqəyə təqdim edilən şeir iştirakçının özünə məxsus olmalıdır;
- Hər iştirakçı müsabiqəyə 1 şeir təqdim edə bilər;
- Şeirin təqdimatı səsləndirmə (ifa) formasında həyata keçiriləcəkdir;
Müsabiqə bir mərhələdə keçiriləcək və qaliblər münsiflər heyətinin qərarına əsasən müəyyən olunacaqdır.
Qeydiyyat formu 10 dekabr 2025-ci il tarixinə qədər doldurulmalı və müsabiqənin Təşkilat Komitəsinə göndərilməlidir.
https://forms.gle/jCG4i8Kzh3fXwyKs8
Formda aşağıdakı məlumatlar mütləq doldurulmalıdır:
- Ad, soyad
- Şeirin tam mətni
- Səsləndirmə zamanı arxa fon səsi (link və ya birbaşa yükləmə)
Mükafatlandırma
Münsiflər heyətinin qərarı ilə seçilən qaliblər diplom, sertifikat və xatirə hədiyyələri ilə təltif olunacaqlar.
Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti bütün universitetlərin tələbələrini şəxsi inkişaf baxımından əhəmiyyətli bir platforma olaraq nəzərdə tutulan müsabiqədə iştirak etməyə, bu ədəbi mühitin bir parçası olmağa, yaradıcılıqlarını nümayiş etdirməyə və poeziya sahəsində öz istedadlarını ortaya qoymağa dəvət edir.
İctimaiyyətlə əlaqələr şöbəsi