NEWS

Rektor Səadət Əliyeva “QS Avrasiya Forumu 2025” tədbirində çıxış edəcək

Rektor Səadət Əliyeva  “QS Avrasiya Forumu 2025” tədbirində çıxış edəcək

17 november 2025

Baxış sayı: 37

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva 25-26 noyabr 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək “QS Avrasiya Forumu 2025 “ tədbirində çıxış edəcək.

Quacquarelli Symonds (QS) tərəfindən təşkil olunan beynəlxalq forum Avrasiya regionunun rektorlarını, ali təhsil liderlərini, akademik və ekspertləri bir araya gətirir. Tədbirin əsas məqsədi universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi, təhsilin keyfiyyətinin artırılması və qlobal akademik əməkdaşlıqların genişləndirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsidir. 

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva mötəbər beynəlxalq tədbirdə “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” mövzusunda çıxış edəcək. 

Tədbirdə, iştirakçı ölkələrin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi də nəzərdə tutulur.  

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS