NEWS

Azərbaycan Universitetində “Keyfiyyət elçiləri” klubu təsis olunub

Azərbaycan Universitetində “Keyfiyyət elçiləri” klubu təsis olunub

26 november 2025

Baxış sayı: 42

Azərbaycan Universitetində Keyfiyyət təminatı şöbəsinin təşəbbüsü və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “Keyfiyyət elçisi” layihəsində iştirak edən fəal tələbələrin dəstəyi ilə “Keyfiyyət elçiləri” klubu təsis edilib. 

Klubun əsas məqsədi universitetdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafında tələbələrin fəal iştirakını təmin etmək, tələbələr arasında maarifləndirmə işləri aparmaq, onların hüquqlarının qorunmasına dəstək olmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq məqsədilə Keyfiyyət təminatı şöbəsi və universitet rəhbərliyinə rəy və təkliflərini bildirməkdir.

“Keyfiyyət elçiləri” klubu 8 üzvlə fəaliyyətə başlayıb və sıraları yeni üzvlərə açıqdır. Klubun fəaliyyətinə yüksək akademik göstəricilərə malik, sosial və elmi sahələrdə də aktivlik göstərən, təşəbbüskar, yaradıcı düşüncəli, innovativ ideyalara açıq, komanda ruhuna sahib, liderlik və ünsiyyət bacarıqları olan tələbələrin cəlb olunması planlaşdırılır. 

Kluba üzvlük könüllüdür. Hazırda klubun əsasnaməsi hazırlanır. Sənəddə klubun fəaliyyət istiqamətləri, üzvlərin hüquq və vəzifələri aydın şəkildə göstəriləcək və bütün tələbələrə təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS