NEWS

Azərbaycan Universitetində akademik heyət üçün ilk təlim moduluna start verilib

Azərbaycan Universitetində akademik heyət üçün ilk təlim moduluna start verilib

06 october 2025

Baxış sayı: 20

Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi və Keyfiyyət Təminatı şöbəsinin cari tədris ili ərzində Universitetin akademik heyəti üçün planlaşdırdığı təlimlərin birinci moduluna start verilib. Mərkəzin müdiri, peşəkar kurikulum təlimçisi  Samir Salayev tərəfindən həyata keçirilən ilk təlim modulu “Fənn Təlim Nəticələrindən düzgün dərs təlim nəticələrinin çıxarılması, ona uyğun qiymətləndirmə suallarının hazırlanması” mövzusuna həsr olunub. Effektiv müzakirələr və praktik fəaliyyətlərlə müşayiət olunan təlimlər zamanı aşağıdakı istiqamətlərdə akademik bacarıqlar inkişaf etdirilir:

  • Ali məktəbdə tədrisdə tələbə mərkəzli  yanaşmanın təşkili metodları;
  • Proqram təlim nəticələrinin (PTN) və Fənn təlim nəticələrinin (FTN) mahiyyəti;
  • FTN-dən düzgün dərs təlim nəticələrinin hazırlanması metodu;
  • Təlim nəticələrinin strukturunda Bloom taksonomiyasının praktik istifadəsi;
  • Təlim nəticələrinə uyğun qiymətləndirmə suallarının hazırlanması metodu.

Qeyd olunan təlim modulu 2 həftə ərzində müxtəlif tarix və saatlarda 11 qrup üçün planlaşdırılıb və Azərbaycan Universitetinin 100 -dən çox müəllimini əhatə edir. 

Qeyd edək ki, Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi tərəfindən cari tədris ilinin ilk semestri ərzində akademik heyət üçün 4 təlim modulunun təşkili nəzərdə tutulub. Hər modulun sonunda xüsusi tapşırıqlarla qiymətləndirilən iştirakçılara uğurlu praktik bacarıqlarına əsasən sertifikat təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

    


OTHER NEWS