NEWS

Azərbaycan Universitetində akademik məsləhətçilər üçün təlim təşkil olunub

Azərbaycan Universitetində akademik məsləhətçilər üçün təlim təşkil olunub

16 april 2026

Baxış sayı: 13

Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzi və Keyfiyyət Təminatı şöbəsinin birgə təşkilatçılığı ilə akademik məsləhətçilər (tyutorlar) üçün “Tədrisin təşkili və tyutor fəaliyyəti” mövzusunda təlim keçirilib.

Mərkəzin müdiri Samir Salayev tərəfindən keçirilən təlim iştirakçıların ilkin qiymətləndirilməsi, interaktiv təqdimatlar və yekun qiymətləndirmə mərhələlərini əhatə edib. Təlimdə tyutor fəaliyyətinin əsasnamə və prosedur qaydalarından irəli gələn məsələlər situativ tapşırıqlar əsasında müzakirə olunub.

Eyni zamanda, tədrisin təşkili və tyutor fəaliyyətinin daha effektiv idarə olunması üçün müasir yanaşmalar və praktiki strategiyalar iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, təlim müddətində iştirakçıların ilkin və yekun qiymətləndirmə nəticələri təhlil ediləcək və uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS