NEWS
Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək
Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.
Universitetin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində “Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb.
Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.
Qeyd edək ki, ictimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqəsdilə keçirilən aksiyaya 20 İyun Ümumdünya Qaçqınlar günündə start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
17.07.2019
OTHER NEWS
SPTM Mərkəzi tələbələr üçün “Yumşaq bacarıqlar” fənni üzrə seminar təşkil edib
27 february 2026
“Conversation Club”ın növbəti görüşü “Black February” mövzusuna həsr olunub
27 february 2026
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26 february 2026
Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımını anım tədbiri keçirib
26 february 2026
Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri sertifikatla təltif olunublar
25 february 2026
Azərbaycan Universitetində “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub
23 february 2026
