NEWS
Bakalavriata qeydiyyat portal.edu.az platforması vasitəsilə aparılacaq
Azərbaycan Universitetinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyent və subbakalavrlar sentyabrın 7-dən 20-dək qəbul olunduqları təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumat Azərbaycan Universitetinin intrenet resurslarında (sayt, Facebbok və İnstaqram səhifələri) yerləşdiriləcək.
Qeyd edək ki, abituriyent və subbakaların bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
İctimaiyyətlə əlaqələr şöbəsi
05.09.2021
05.09.2021
OTHER NEWS
SPTM Mərkəzi tələbələr üçün “Yumşaq bacarıqlar” fənni üzrə seminar təşkil edib
27 february 2026
“Conversation Club”ın növbəti görüşü “Black February” mövzusuna həsr olunub
27 february 2026
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26 february 2026
Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımını anım tədbiri keçirib
26 february 2026
Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri sertifikatla təltif olunublar
25 february 2026
Azərbaycan Universitetində “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub
23 february 2026
