NEWS

Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramlarına dair infosessiyalara başlayıb

Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramlarına dair infosessiyalara başlayıb

03 october 2025

Baxış sayı: 14

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən tələbələrin beynəlxalq təhsil imkanları barədə məlumatlılığını artırmaq,  onların xaricdə təcrübə qazanmasına dəstək olmaq və qlobal akademik mühitə inteqrasiyasını təşviq etmək məqsədilə infosessiyalara start verib.  

İlk infosessiyada şöbənin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova iştirakçılara Azərbaycan Universitetinin tərəfdaş olduğu xarici ali təhsil müəssisələri, qoşulduğu mübadilə proqramları, mübadilə proqramlarına müraciət etmək üçün tələb olunan şərtlər, müraciət prosesi, zəruri sənədlər və müraciət tarixləri barədə ətraflı məlumat veriblər. 

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb, infosessiyaların davam edəcəyi bildirilib. 

Qeyd edək ki, hazırda Azərbaycan Universitetinin üç tələbəsi universitetlərarası mübadilə proqramı çərçivəsində payız semestrini xarici ölkə universitetlərində davam etdirir. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi ildən-ilə genişlənir və tələbələr üçün daha çox seçim imkanları yaranır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS