NEWS

Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu”  mövzusunda seminar keçirilib

07 october 2026

Baxış sayı: 10

Azərbaycan Universitetinin Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi, Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib. 

Tədbiri giriş sözü ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev açıb. Dekan çıxışında tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanmasının və gələcək karyeraları üçün düzgün istiqamət seçməsinin vacibliyini vurğulayıb.

Ardınca “Educolour” Beynəlxalq Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru, “Beynəlxalq Təhsil & İnkişaf Platforması”nın qurucusu, beynəlxalq təhsil eksperti Aysel Məmmədova çıxış edib. O, seminar zamanı iştirakçılara beynəlxalq təhsil imkanları, xaricdə təhsil proqramları, karyera planlaması və gələcək peşəkar inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Eyni zamanda, beynəlxalq təhsil imkanlarından səmərəli istifadə, karyera məqsədlərinin düzgün müəyyənləşdirilməsi və peşəkar inkişaf üçün atılmalı addımlar barədə tövsiyələrini bölüşüb.

Layihə çərçivəsində əməkdaşlıq edilən universitetlər üzrə “Ofis meneceri” təcrübə proqramlarının həyata keçirilməsi və ümumilikdə 100 tələbənin proqramlarda ödənişsiz iştirakı nəzərdə tutulur. Proqramların əsas məqsədi tələbələrin karyera istiqamətlərini müəyyənləşdirməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və praktiki təcrübə əldə etməsinə dəstək olmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS