NEWS

Azərbaycan Universitetində “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı tədbir keçirilib

Azərbaycan Universitetində “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı tədbir keçirilib

15 april 2026

Baxış sayı: 24

Azərbaycan Universitetində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda tədbir keçirilib.

Tədbir universitetin Karyera inkişafı departamenti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə edən TGT-nin sədri Hüseyn Rüstəmli açaraq, tələbələrin təhsil müddəti ərzində könüllülük fəaliyyətlərində, təcrübə proqramlarında və şəxsi inkişaf imkanlarında fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva mərkəzin yaranması və fəaliyyəti haqqında danışıb. Təqdimat zamanı gənclər üçün mövcud karyera imkanları, təcrübə proqramları və mərkəzin həyata keçirdiyi şəxsi inkişaf fəaliyyətləri barədə də məlumat verilib. 

Ardınca Regional nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Surə Əliyeva tərəfindən “Karyera bələdçisi” və “Şəxsi inkişaf kitabçası” adlı vəsaitlər iştirakçılara təqdim olunaraq elektron formada nümayiş etdirilib.

Tədbir zamanı tələbələr karyera planlaması ilə bağlı praktiki biliklər əldə edib, mövcud təcrübə və inkişaf proqramları haqqında məlumatlanıb, həmçinin şəxsi inkişaf istiqamətində özlərini necə daha düzgün yönləndirməli olduqlarını öyrəniblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS