NEWS
Tələbə Gənclər Təşkilatı “Baharın rəngləri” adlı rəsm sərgisi təşkil edib
Azərbaycan Universitetində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “Baharın rəngləri” adlı rəsm sərgisi təşkil olunub. Tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq, sosial fəallıqlarını artırmaq, rəsm sahəsində bacarıqlarının inkişafını təşviq etmək olub.
Sərgidə tələbələr tərəfindən hazırlanmış, baharın gəlişini, təbiətin oyanışını və rəngarəngliyini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş olunub.
Sərgidən əvvəl tələbələr TGT-nin nəzdində fəaliyyət göstərən yaradıcılıq mərkəzinin təşkil etdiyi master-klassda iştirak ediblər. İştirakçılar master-klassda rəssamlıq texnikaları, kompozisiya quruluşu və rəng seçimi ilə bağlı bilik və bacarıqlar əldə ediblər. Daha sonra isə əldə etdikləri bilikləri praktikada tətbiq edərək öz əsərlərini hazırlayıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi





