NEWS
Türkiyəli dosent Biznes və iqtisadiyyat fakültəsində mühazirə dərslərini tədris edir
Türkiyənin Kastamonu Universitetinin dosenti Coşkun Akça mübadilə proqramı çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin Azərbaycan və ingilis bölmələrində mühazirə dərslərinin tədrisinə başlayıb. Qısamüddətli mübadilə proqramına dəvət olunan Coşkun Akçanın mühazirələri əsasən insan resurslarının idarə edilməsi, karyera planlaması, biznes münasibətləri və menecment sahələrinə dair aktual mövzuları əhatə edir. Qonaq dosent tələbələrə nəzəri biliklərlə yanaşı, müasir idarəetmə yanaşmaları və beynəlxalq təcrübədə tətbiq olunan praktiki modellər üzrə də məlumatlar təqdim edir.
Türkiyəli dosentin Azərbaycan Universitetinin akademik heyətinə qoşulması universitetlər arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində mümkün olub. Ali təhsil müəssisələri arasında imzalanan memoranduma əsasən hazırda Azərbaycan Universitetinin Marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova mübadilə proqramı çərçivəsində bu ali məktəbdə təhsil alır.
Bu əməkdaşlıq universitetlərarası akademik əlaqələrin genişləndirilməsi, tədris prosesinin beynəlxalq təcrübə ilə zənginləşdirilməsi və tələbələrin qlobal təhsil mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
İctimaiyyətlə əlaqələr şöbəsi









