NEWS

İngilis dilində danışıq vərdişlərini təkmilləşdirmək istəyən tələbələr “Conversation Club”a müraciət edə bilərlər

İngilis dilində danışıq vərdişlərini təkmilləşdirmək istəyən tələbələr “Conversation Club”a müraciət edə bilərlər

16 october 2025

Baxış sayı: 30

Azərbaycan Universitetinin Xarici Dillər kafedrasının nəzdində fəaliyyət göstərən “Conversation Club” (ingilis dilində danışıq klubu) 2025/2026-cı tədris ili üzrə görüşlərə başlayıb. Cari tədris ilinin birinci görüşündə tələbələr ABŞ hökumətinin maliyyələşdirdiyi “Fulbright” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyətinə qoşulan və Xarici Dillər kafedrasında Müəllim assistenti kimi çalışan Johnae Spain ilə tanış olmaq və müzakirə aparmaq imkanı əldə ediblər. 

Görüşün mövzusu “Ümumi tanışlıq” (General Introduction) olub. Müxtəlif fakültə və ixtisaslardan olan tələbələr görüşdə fəal iştirak edərək, ingilis dilində özlərini təqdim edib, bir-birləri ilə ünsiyyət qurublar. 

Klubun əsas məqsədi tələbələrin ingilis dilində ünsiyyət və sərbəst danışıq bacarıqlarını inkişaf etdirmək, həmçinin müxtəlif mövzularda müzakirə və fikir mübadiləsi aparmaq imkanlarını genişləndirməkdir. 

Qeyd edək ki, “Conversation Club”un 2025/2026-cı tədris ilinin payız semestri üzrə görüşləri hər həftənin çərşənbə axşamı (həftənin ikinci günləri) saat 10:00-da başlayacaq. Azərbaycan Universitetində təhsil alan və ingilis dilində danışıq vərdişlərini təkmilləşdirmək istəyən tələbələr “Conversation Club”a qoşulmaq üçün Xarici Dillər kafedrasına müraciət edə bilərlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS