NEWS

Azərbaycan Universitetində yeni qəbul olmuş doktorantlarla görüş keçirilib

Azərbaycan Universitetində yeni qəbul olmuş doktorantlarla görüş keçirilib

15 october 2025

Baxış sayı: 64

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva 2025/2026-cı tədris ilində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olan doktorantlarla görüşüb.  Tanışlıq xarakterli görüşün əsas məqsədi doktorantların universitetə və elmi fəaliyyətə adaptasiyası, elmi rəhbərlik, dissertasiya mövzularının seçilməsi, elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılması ilə bağlı onları məlumatlandırmaq olub. 

Görüşdə Mərkəzin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva çıxış edərək yeni qəbul olunmuş doktorantları təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, doktorantura təhsili gənc alimlər üçün mühüm və yüksək elmi hazırlıq tələb edən mərhələdir. Elmi fəaliyyətin planlı şəkildə qurulmasının əhəmiyyətini vurğulayan Nüşabə Quliyeva bildirib ki, bu yolda sistemli və məqsədyönlü fəaliyyət mütləqdir.

Görüşdə iştirakçılara dissertasiya işinin mövzu seçimi və təsdiqi, elmi rəhbərlə iş prinsipləri, araşdırma metodlarının düzgün tətbiqi, elmi məqalələrin yazılması və jurnallarda dərc olunması prosesi barədə də məlumat verilib. Mövcud normativ tələblər, eləcə də dissertasiyanın müdafiəsinə qədər olan mərhələlər izah olunub.

Eyni zamanda doktorantların hüquq və vəzifələri, onların elmi fəaliyyətinin qiymətləndirilməsi, hesabatların təqdim edilməsi və yekun attestasiya prosedurları haqqında da geniş məlumat çatdırılıb. 

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

   


OTHER NEWS