NEWS

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı mükafatlandırılıb

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı mükafatlandırılıb

02 february 2026

Baxış sayı: 9

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Hüseyn Rüstəmli və sədr müavini Yusif Nəbizadə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təltif olunublar. 

TGT sədri Hüseyn Rüstəmli 2025-ci il ərzində dövlət gənclər siyasətinin təşkilinə verdiyi xüsusi töfhəyə görə fəxri fərmana layiq görülüb. Sədr müavini Yusif Nəbizadə isə proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töfhəyə görə ilin TGT nümayəndəsi nominasiyası üzrə təltif olunub.  

Qeyd edək ki, tələbə gənclər təşkilatlarının mükafatlandırma mərasimi Bakı Konqres Mərkəzində keçirilib. Tədbirdə 2025-ci il ərzində fəaliyyəti və təşəbbüskarlığı ilə fərqlənən TGT sədrləri və nümayəndələri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS