XƏBƏRLƏR

Məzunumuz Aygün Sadiq ilk kitabını tələbələr üçün imzalayıb

Məzunumuz Aygün Sadiq ilk kitabını tələbələr üçün imzalayıb

01 may 2018

Baxış sayı: 5578

Azərbaycan Universitetinin məzunu, gənc yazar Aygün Sadiqin  ədəbi mühitə təqdim olunan “Güzgüdə kim var?” adlı ilk kitabının Universitetin kollektivi üçün təqdimatı və imza günü keçirilib.

Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent  Ülviyyə Rəhimova, kafedranın müəllimləri Hüseyn Hüseynli, Əminə İbrahimli, kitabın redaktoru Əli bəy Azəri, Balakən ziyalılarından Oruc Şirinov çıxış edərək Aygün Sadiqin üslubu və yaradıcılığının əsas istiqamətləri haqqında danışıb, gənc yazara uğurlar arzulayıblar.  Çıxışlarda iştirakçılara kitaba daxil edilmiş şeir və hekayələr haqqında məlumat verilib. Qeyd olunub ki,  kitabı müəllif üçün uğurlu başlanğıc hesab etmək mümkündür.

Çıxışların ardından tələbələr Vəfa Axundova, Fəranə Mikayılova, Ayşən Allahverdiyeva, Aynurə Heydərova tərəfindən gənc yazarın yer alan şeirləri səsləndirilib.

Tədbir Aygün Sadiqin kitabını müəllim-tələbə heyəti üçün imzalaması ilə başa çatıb.

Qeyd edək ki, Aygün Sadiq Azərbaycan Universitetindən 2008-ci ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə məzun olub.

“Güzgüdə kim var” adlı kitabda müəllifin son illərdə yazdığı mifologiya ilə bağlı əsərləri toplanıb. Təqdim olunan şeir və hekayələrdə ənənəvi olaraq füsunkar təbiət, doğma vətənin gözəllikləri deyil, təbiətdə insanın yeri və rolu kimi mövzular tərənnüm olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.05.2018


DİGƏR XƏBƏRLƏR