Beynəlxalq sertifikasiya
Azərbaycan Universitetinin tələbələri 4 il ərzində ixtisas diplomu ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatını da əldə edə bilərlər. Sertifikatın təlim və imtahanlarını universitetin Təlim və Tədris Mərkəzi təşkil edir.
PTE sertifikatı
Azərbaycan Universiteti PTE (Pearson Test of English – Pearson İngilis dili testi) sertifikatının imtahan alt mərkəzi kimi təsdiq olunub. “PTE Academic” IELTS və TOEFL səviyyəsində beynəlxalq test imtahanı olub tələbələr üçün nəzərdə tutulur. “PTE Professional” imtahan testi isə müəllimlər üçündür.
PTE, IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir. Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.
Daha ətraflı məlumat üçün
Xarici dillər kafedrası
Tel.: (+99412) 431 41 12 (106)