Magistraturaya qeydiyyat

Magistratura proqramlarına qəbul olan tələbələr qəbulun rəsmiləşdirilməsi üçün aşağıda qeyd olunmuş sənədləri Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər.

  • Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti
  • Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  • Sağlamlıq haqqında tibbi arayış
  • Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağrış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
  • DİM şəxsi kabinetin istifadəçi adı və şifrəsi
  • 3X4ölçüdə 4 ədəd şəkil (son 6 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)
  • Təhsil haqqının ödənildiyinə dair bank qəbzi

Qeyd: Ödənişli əsaslarla təhsil alan;

  • Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları olan tələbələr yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əsli və surətini universitetə təqdim etməlidirlər. 

Əlavə məlumat üçün: 
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71
Azərbaycan Universiteti
Sənəd Qəbulu Komissiyası 
Tel: (+99412) 431 41 12/13/16/17 (172)