1. Konfransa Azərbaycan, türk, ingilis və rus  dillərində məqalələr qəbul olunur.

2. Məqalənin adının altında müəllifin adı - soyadı, elmi dərəcəsi, iş yeri və elektron ünvanı  göstərilməlidir.

3. Məqalə Times New Roman şrifti ilə, 12 pt hündürlüyündə, 1.5 sətir aralığında yazılmalı, minimum 3 səhifə olmalı, maksimum 5 səhifəni keçməməlidir.

4. Məqalədə açar sözlər (3-5 söz), başlıqdan sonra qara hərflərlə qeyd olunmalı, xülasələrə də tərcümə olunaraq əlavə edilməlidir.

5. Məqalə A4 səhifəsində yazılmaqla kənarlardan - soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm boşluq buraxılmalıdır.

6. Azərbaycan və türk dillərində yazılan məqalələrin ingilis və rus, ingilis dilində yazılan məqalələrin Azərbaycan və rus, rus dilində yazılan məqalələrin isə Azərbaycan və ingilis dillərində xülasələri də olmalıdır.

7. İstifadə olunan ədəbiyyat məqalənin sonunda yer almalı və iqtibaslar məqalənin içərisində [1,səh-342], [2,səh-78] və s. şəklində göstərilməlidir.

  • İstifadə olunan ədəbiyyat iqtibas olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir;
  • İnternetdən (saytlardan) istifadə olunmuşsa ədəbiyyat siyahısının sonunda, link tam şəkildə, götürüldüyü tarixlə birgə yer almalıdır.

Nümunə

Ədəbiyyat:

  • 1. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə iqtisadi inkişafı dövlət Proqramı// “İqtisadiyyat” qəzeti. 29 aprel - 5 may 2009 - cu il.
  • 2. Azərbaycan tarixi: 7 cilddə, iv c., Bakı: “Elm”, 2000, 456 s.
  • 3. Həbibov İ. Romantik lirikanın imkanları, Bakı: “Yazıçı”, 1984, 167 s.
  • 4. http://palm.newsru.com/finance/11mar2009/defolt.html - 11 mart 2009, 19:00.

8. Göndəriləcək məqalələr başqa yerdə yayımlanmamış və ya yayım üçün təqdim edilməmiş olmalıdır.

Konfransa qeydiyyat haqqı 20 manatdır.