2021/2022-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı

Azərbaycan Universiteti
2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı 

I QRUP

  • İnformasiya təhlükəsizliyi – YENİ İXTİSAS
    Əyani, Azərbaycan bölməsi, 20 yer, 2200 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • İnformasiya texnologiyaları
    Əyani, Azərbaycan bölməsi, 25 yer, 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Kompüter mühəndisliyi
    Əyani, Azərbaycan bölməsi, 25 yer, 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

II QRUP

  • Beynəlxalq ticarət və logistika
    Azərbaycan bölməsi Əyani, 15 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Biznesin idarə edilməsi
    Əyani, Azərbaycan bölməsi, 60 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • İqtisadiyyat
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer -  2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Maliyyə
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Marketinq
    Əyani, Azərbaycan bölməsi, 50 yer - 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer – 1800 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Menecment
    Əyani, Azərbaycan bölməsi, 20 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Mühasibat
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Əyani, İngilis bölməsi, 10 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Turizm bələdçiliyi
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Turizm işinin təşkili
    Əyani, Azərbaycan bölməsi, 20 yer - 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer – 1800 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Regionşünaslıq (Avropa ölkələri üzrə)
    Əyani, Azərbaycan bölməsi, 15 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

III QRUP

  • Təhsildə sosial-psixoloji xidmət
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Dövlət və ictimai münasibətlər – YENİ İXTİSAS
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Fəlsəfə
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Filologiya (İngilis dili və ədəbiyyatı)
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Politologiya
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Tarix
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Tərcümə (İngilis dili)
    Əyani, Azərbaycan bölməsi, 45 yer – 3000 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Muzey, arxiv işi və abidələrin qorunması
    Əyani, Azərbaycan bölməsi, 30 yer – 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
  • Sosial iş
    Əyani, Azərbaycan bölməsi, 90 yer, 2500 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)
    Qiyabi, Azərbaycan bölməsi, 10 yer, 1800 manat (ödənişli əsaslarla təhsil alanlar üçün)

Abituriyentlərin nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və vahid qaydada aparılır.
  • Bütün ixtisaslara Dövlət Sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
  • Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. Hazırda Azərbaycan Universitetinin bakalavriat pilləsi üzrə 272, magistratura pilləsi üzrə isə 45 olmaqla 317 tələbəsinə Dövlət büdcəsinin hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 185-i Dövlət sifarişi əsasında, 317-si isə ödənişli əsaslarla təhsil alır. Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 75, 110 və 130 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
  • Bakalavriat səviyyəsində Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə kompüter mühəndisliyi ixtisası üzrə Beynəlxalq İkili Diplom Proqramı tətbiq olunur. Proqramın müddəti 4 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
  • Universitet Daxili İki Diplom Proqramı (UDİD) yüksək göstəricilərlə oxuyan tələbələrə əlavə təhsil almaqla 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
  • 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
  • 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində bir yaxud iki semestr müddətində təhsil və akademik təcrübə imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Tələbələrə 4 il ərzində ixtisas diplomu ilə yanaşı kompüter biliyinin beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) və ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatları verilir.

Keçid balları

I QRUP

  • İnformasiya texnologiyaları – 200.0 (325.7)
    Subbakalavr üzrə – 67.2 ( – )
  • Kompüter mühəndisliyi – 200.0 (303.5)
    Subbakalavr üzrə – 76.5 ( – )

II QRUP

  • Beynəlxalq ticarət və logistika – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Biznesin idarə edilməsi – 150.0 ( – )
    Subbakalavr üzrə – 60.9 ( – )
  • Biznesin idarə edilməsi (İngilis bölməsi) – 150.0 ( – )
  • İqtisadiyyat – 200.0 (307.2)
    Subbakalavr üzrə – 67.9 ( – )
  • İqtisadiyyat (İngilis bölməsi) – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Maliyyə – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Maliyyə (İngilis bölməsi) – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Marketinq – 150.0 (232.2)
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Marketinq (Qiyabi) – 150.0 ( – )
    Subbakalavr üzrə – 80.2 ( – )
  • Marketinq (İngilis bölməsi) – 150.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Menecment – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Mühasibat – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Mühasibat (İngilis bölməsi) – 200.0 ( – )
    Subbakalavr üzrə – 51.0 ( – )
  • Turizm bələdçiliyi – 150.0 ( – )
    Subbakalavr üzrə – 51.0 (70.2)
  • Turizm işinin təşkili – 150.0 (204.3)
    Subbakalavr üzrə – 77.3 (78.8)
  • Turizm işinin təşkili (Qiyabi) – 150.0 ( – )
    Subbakalavr üzrə – 83.2 (83.2)
  • Regionşünaslıq (Avropa ölkələri üzrə) – 150.0 ( – )

III QRUP

  • Təhsildə sosial-psixoloji xidmət – 253.1 (409.7)
  • Fəlsəfə – 235.4 ( – )
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 319.3 ( – )
  • Filologiya (İngilis dili və ədəbiyyatı) – 282.6 ( – )
  • Politologiya – 234.6 ( – )
  • Tarix – 331.6 (488.1)
  • Tərcümə (İngilis dili) – 284.5 ( – )
  • Muzey, arxiv işi və abidələrin qorunması – 247.3 (375.5)
  • Sosial iş – 286.1 (405.0)
  • Sosial iş (Qiyabi) – 277.8 ( – )

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.

  • E-poçt: qebul@au.edu.az
  • Tel.: (+99412) 431 41 17