XƏBƏRLƏR

Azərbaycan Universitetinin tərəfdaş olduğu ECAR layihəsinin hesabat konfransı keçirilib

Azərbaycan Universitetinin tərəfdaş olduğu ECAR layihəsinin hesabat konfransı keçirilib

22 aprel 2024

Baxış sayı: 172

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (Establishment of Rectors Conference in Azerbaijan / ECAR) layihəsinin hesabat konfransı keçirilib.

Tədbirdə layihə çərçivəsində indiyə qədər görülən işlər haqqinda məlumat verilib, komitələrin  fəaliyyətlərinin hesabati dinlənilib. O cümlədən layihənin  xarici tərəfdaşları hesabatlarını təqdim ediblər.  

Tədbirdə 28 yerli ali təhsil müəssisəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,  Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, layihənin xarici tərfədaşları olan Litvanın Mykolo Romero Universiteti, İsveçin Kral Texnologiya Universiteti, Belçikanın EFMD təşkilatından olmaqla ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.  

Qeyd edək ki, Azərbaycan Universitetini tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova təmsil edib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. ECAR layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR