Şöbə ictimaiyyətlə universitet, o cümlədən müxtəlif qurumlar və kütləvi informasiya vasitələri arasında qarşılıqlı və səmərəli əlaqələrin qurulması məqsədilə fəaliyyət göstərir və bu sahədə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
Şöbənin vəzifələri:
- Universitetin fəaliyyətinə dair ictimai fikri öyrənir;
- Universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ictimaiyyəti informasiya ilə təmin edir;
- Universitetin veb səhifəsini idarə edir, səhifəni informasiya ilə təmin edir;
- Sosial şəbəkələrdə Universitetin səhifələrini yaradır, həmin səhifələri idarə edir və informasiya ilə təmin edir;
- Universitetin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edir;
- Universitetin fəaliyyəti ilə bağlı müxtəlif səpkili təqdimat mərasimi və tədbirlərin keçirilməsini təmin edir;
- Universitetin fəaliyyətinə dair video materialların, filmlərin, reklam çarxlarının və digər tanıtım materiallarının hazırlanmasını və yayılmasını təmin edir;
- Mətbuat konfransları keçirir;
- Universitetin foto və video arxivini yaradır;
- Universitetin fəaliyyəti və inkişaf strategiyasına dair yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə press-relizlər hazırlayır və yayılmasını təmin edir;
- Abituriyentlərin və valideyinlərin Azərbaycan Universiteti haqqında dolğun məlumat əldə etmələrini təmin edir, bu məqsədlə məktəblərdə, hazırlıq kurslarında və universitetin tədris binasında müxtəlif səpkili tədbirlər, "açıq qapı" günləri keçirir;
- Universitetin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının çapını və yayılmasını təmin edir;
- Kütləvi informasiya vasitələrinin monitorinqini aparır, universitetin fəaliyyəti barədə yayılan informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırır.
Şöbənin heyəti
- Lalə Tofiq qızı Dilənova – Müdir
- Təhminə Elbrus qızı Hüseynova – Mütəxəssis
- Leyla Fikrət qızı Məmmədova – Mütəxəssis
- Elxan Kamil oğlu Fərzəliyev – Mütəxəssis
Şöbə ilə əlaqə
- (+994 12) 431 41 12/13/16 (daxili 133, 136)