ELANLAR
Akademik heyət mübadiləsi elanı
14
09
Akademik heyət üzvlərinin nəzərinə!
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi Torun Sosial və Media Mədəniyyəti Universiteti tərəfindən bu il keçiriləcək Beynəlxalq Konqres çərçivəsində “Erasmus KA+171” mübadilə proqramına əməkdaş mobilliyində iştirak üçün müraciət qəbulunu elan edir.
Mübadilə proqramında iştirak etmək üçün tələblər aşağıdadır:
- Azərbaycan Universitetində hazırda tam ştatlı əməkdaş kimi çalışmaq;
- İngilis dili biliyinə malik olmaq;
- CV təqdim etmək.
Ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsi , 504-cü otaq ilə əlaqə saxlamağınız və tələb olunan sənədləri qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: international.office@au.edu.az
Son müraciət tarixi 22 sentyabr 2026-cı ildir.
