XƏBƏRLƏR
Azərbaycan Universitetində stomatoloji müayinə aksiyası keçirilib
Azərbaycan Universitetində Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası tərəfindən profilaktik stomatoloji müayinə aksiyası təşkil olunub.
Tələbələr və universitet əməkdaşları üçün keçirilən aksiyanın əsas məqsədi əhalinin müxtəlif təbəqələri üçün stomatoloji xidmətlərin əlçatanlığını artırmaq və gənclər arasında ağız-diş sağlamlığı haqqında maarifləndirməni gücləndirməkdir.
Klinikanın həkim kollektivi və rezidentlərinin iştirakı ilə ilkin stomatoloji müayinələri aparılıb, fərdi məsləhətlər verilib və düzgün ağız gigiyenası qaydaları barədə məlumatlandırıcı söhbətlər keçirilib.
Aksiya zamanı kariyes, diş əti xəstəlikləri və ortodontik problemlərin erkən aşkarlanmasına xüsusi diqqət yetirilib. Müvafiq halların qeydiyyatı aparılaraq müalicə istiqamətində ilkin addımlar müəyyən olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi