XƏBƏRLƏR

Azərbaycan Universiteti “MobilAze2” layihəsinin bağlanış mərasimində təmsil olunub

Azərbaycan Universiteti  “MobilAze2” layihəsinin bağlanış mərasimində təmsil olunub

19 sentyabr 2024

Baxış sayı: 419

“Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək” (MOBILAZE2) layihəsinin yekun bağlanış mərasimi keçirilib. Layihənin tərəfdaşları, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq agentliklər, Avropa Birliyinə üzv dövlətlərin səfirləri, universitet nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevlan Qurbanova təmsil edib. 

Tədbirdə Azərbaycanın miqrasiya idarəçiliyi sahəsində əldə olunan nailiyyətləri və irəliləyişləri qeyd olunub, atılacaq növbəti addımların müzakirəsi aparılıb. 

Qeyd edək ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) tərəfindən həyata keçirilən layihənin məqsədi ölkənin miqrasiya idarəçiliyi çərçivəsinin təkmilləşdirilməsidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR