XƏBƏRLƏR

Elvin Talışınski müasir dini təhsil modellərinə həsr olunan konfransda çıxış edib

Elvin Talışınski müasir dini təhsil modellərinə həsr olunan konfransda çıxış edib

17 oktyabr 2024

Baxış sayı: 517

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda çıxış edib.

Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Konfransda təhsildə qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Elvin Talışınski konfransdakı çıxışında dünyanı bürüyən qloballaşmanın, nəhəng coğrafiyaları bir-birinə bağlayan inteqrasiya proseslərinin fonunda Azərbaycan xalqının əsrlərə dayanan milli dəyərlərinin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edib. Kafedra müdiri Azərbaycanın dünyada iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli irsi ilə tanınmasının da vacibliyini qeyd edib.

                                                                      İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR