XƏBƏRLƏR
Almaniyada təqaüdlə oxumaq istəyən tələbələrimizin nəzərinə!
Beynəlxalq Əlaqələr şöbəsi "Erasmus+" tələbə mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetinə 5 nəfərlik yer elan edir.
2017/2018-ci tədris ilinin yaz semestrində təhsilini Almaniyanın tərəfdaş Koblenz Universitetində davam etdirmək istəyən və Biznes və iqtisadiyyat fakültəsində oxuyan tələbələrimiz Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərlər.
Tələbələrin inglis dili bilikləri yüksək və GPA balı 2.5 və yuxarı olmalıdır.
Tələbələrimizin Koblenz Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universiteti tərəfindən müvafiq qaydada tanınacaqdır.
Beynəlxalq əlaqələr şöbəsi III mərtəbə, 410 nömrəli otaqdadır.
Müraciət üçün son tarix: 1 noyabr 2017-ci il
İctimaiyyətlə əlaqələr şöbəsi
24.10.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
06 noyabr 2026
Azərbaycan Universitetində DİM üzrə təlimlərə start verilib
05 noyabr 2026
Azərbaycan Universitetində qazaxıstanlı tədqiqatçılar üçün təkmilləşdirmə kursu təşkil edilib
04 noyabr 2026
Azərbaycan Universitetinin tələbəsi beynəlxalq “Demo Day” tədbirində öz startapını nümayiş etdirib
03 noyabr 2026
Şəhid Fəxrəddin Qurbanlı təqaüdünə bu il Kamal Quliyev layiq görülüb
03 noyabr 2026
Azərbaycan Universitetinin dissertantına fəlsəfə doktoru elmi dərəcəsi verilib
02 noyabr 2026
