XƏBƏRLƏR
Azərbaycan Universiteti Doğu Akdeniz Universiteti ilə əlaqələr qurur
Şimali Kiprin Doğu Akdeniz Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Tevfik Yoldaş və “East Office Azerbaijan” xaricidə təhsil şirkətinin rəhbəri Samir Nağıyev Azərbaycan Universitetinin qonağı olublar. Görüşdə universitetlər arasında ikili əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. İki universitet arasında əlaqələrin qurulması, müəllim – tələbə mübadiləsi, birgə layihə və konfransların keçirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vusal Həsənov təmsil ediblər.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
23.05.2016
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib
02 iyun 2026
Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub
02 iyun 2026
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib
01 iyun 2026
“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib
01 iyun 2026
Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb
01 iyun 2026
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
26 may 2026
