XƏBƏRLƏR
Azərbaycan Universiteti ikinci ali təhsil almaq istəyənlər üçün qəbul elan edir
Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün 5 ixtisas üzrə ikinci ali təhsil almaq üçün tələbə qəbulu elan edir.
Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.
- Tərcümə (İngilsi dili)
- Maliyyə
- Menecment
- Marketinq
- Sosial iş
Yuxarıda qeyd olunmuş ixtisaslar üzrə ikinci ali təhsil almaq istəyənlər 10 sentyabr tarixinə qədər aşağıdakı sənədləri saat 10.00-dan 15.00-dək universitetə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71) təqdim etməlidirlər.
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun) surəti və diplom əlavəsinin surəti (notarial qaydada təsdiq olunmuş)
- Əmək kitabçasının surəti
- Sağlamlıq haqqında arayış
- 3х4 sm ölçüdə 4 ədəd fotoşəkil
- Şəxsiyyət vəsiqəsinin surəti
Qəbul müsabiqə yolu ilə aparılır. Təhsil ödənişli əsaslarla təşkil olunacaq. Daha ətraflı məlumat almaq istəyənlər 0554571166 nömrəli telefon yaxud nushaba.guliyeva@au.edu.az, quliyeva.nushaba@mail.ru elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
03.08.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib
02 iyun 2026
Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub
02 iyun 2026
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib
01 iyun 2026
“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib
01 iyun 2026
Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb
01 iyun 2026
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
26 may 2026
