XƏBƏRLƏR
Azərbaycan Universiteti Almaniyanın Vechta Universiteti ilə əməkdaşlığa başladı
Azərbaycan Universiteti ilə Almaniyanın Vechta Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə universitetlər arasında Sosial iş ixtisası üzrə müxtəlif layihə və mübadilə proqramları çərçivəsində tələbə və müəllim mübadiləsinin, elmi tədqiqat və araşdırmalar sahəsində birgə fəaliyyət və layihələrin həyata kaçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesinin təhsilin mühüm tərkib hissəsi olaraq görən Azərbaycan Universiteti üçün beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələdir. Universitet müxtəlif mübadilə proqramları və təhsil layihələri çərçivəsində Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edir.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.06.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
