XƏBƏRLƏR
Azərbaycan Universiteti magistratura pilləsinə II tur üçün qəbul elan edir
Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün magistratura pilləsinin boş qalan plan yerlərinə tələbə qəbulu elan edir.
Boş qalan yerlərə ixtisas seçimi 7-13 avqust tarixləri arasında aparılacaq.
Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
Qəbul aparılan ixtisaslaşmalar
- 263117 Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 3 yer
- 263166 Filologiya - Azərbaycan ədəbiyyatı – 10 yer
- 263174 Filologiya - Azərbaycan dili – 10 yer
- 263182 Filologiya - Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) – 5 yer
- 263199 Filologiya - Dilşünaslıq (İngilis dili) – 4 yer
- 263239 Tarix - Azərbaycanın yeni və ən yeni tarixi – 7 yer
- 263125 MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) – 10 yer
- 263133 MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə) – 9 yer
- 263141 MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - 10 yer
- 263158 MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – 20 yer
- MBA proqramına qəbul ödənişli əsaslarla və rus bölməsi ilə birgə aparılır. Tədris ingilis dilindədir.
- Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
- Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
Daha ətraflı məlumat üçün
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv
İctimaiyyətlə əlaqələr şöbəsi
06.08.2018
DİGƏR XƏBƏRLƏR
Rektor Səadət Əliyeva universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb
07 noyabr 2025
Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
04 noyabr 2025
Azərbaycan Universitetində “Sağlam gənclik – güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib
04 noyabr 2025
Azərbaycan Universitetinin tələbələri süni zəka sessiyasında iştirak ediblər
04 noyabr 2025
Tələbə mübadilə proqramlarının üstünlüklərinə dair infosessiyalar davam edir
03 noyabr 2025
Azərbaycan Universitetində “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbir keçirilib
03 noyabr 2025