XƏBƏRLƏR
Azərbaycan Universitetində daxili şahmat turniri keçiriləcək
Azərbaycan Universitetinin ənənəvi şahmat turniri bu il 7 dekabr 2017-ci il tarixində keçiriləcəkdir. İştirakçıların olimpiya sistemi üzrə mübarizə aparacaqları müsabiqədə Azərbaycan Universitetinin bütün tələbələri iştirak etmək hüququna mailikdirlər.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir bu il beşinci dəfədir ki, keçirilir. Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.
Qalibləri diplom və kubokla yanaşı qiymətli hədiyyələr də gözləyir. Turnirin qalibləri aşağıdakı kimi mükafatlandırılacaqdır:
- I yer - Smartfon (Samsung Galaxy J1)
- II yer - Planşet (Alcatel One Touch Pixi 4)
- III yer - Mobil enerjiyığma cihazı (MI Q/320281DHR01 5000 mAh)
Qeydiyyat İctimaiyyətlə əlaqələr şöbəsində aparılır. Şöbə IV mərtəbə, 518 nömrəli otaqdadır.
İctimaiyyətlə əlaqələr şöbəsi
04.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib
02 iyun 2026
Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub
02 iyun 2026
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib
01 iyun 2026
“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib
01 iyun 2026
Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb
01 iyun 2026
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
26 may 2026
