XƏBƏRLƏR
Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində TEC fəaliyyətə başlayıb
Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təsis iclası keçirilib. İclasda TEC-in fəaliyyət istiqamətləri və görüləcək işlər müzakirə olunub, büro üzvləri, sədr və katbi seçilib. Qeyd olunub ki, TEC tələbələrin elmi potensialının üzə çıxarılması, ilkin tədqiqat işlərinə cəlb olunması ilə yanaşı, təşkilatçılıq, liderlik, işgüzar ünsiyyət kimi bacarıq və qabiliyyətlərinin inkişafına da kömək edəcək.
Təsis iclasında universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, Humanitar fənlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov və fakültənin tələbələri iştirak edib.
TEC-in büro üzvləri
- Tünzalə Kazımova, Tarix II kurs (Sədr)
- Fəranə Mikayılova, Filologiya, II kurs (Katib)
- Ruslan Ağakişiyev, Tarix, II kurs
- Zümrüd Kazımlı, Tarix, II kurs
- Sultan Abbaszadə, Tərcümə, I kurs
- Ələkbər Qasımov, Tərcümə, I kurs
- Nurlan Vəlizadə, Tərcümə, I kurs
- Günel Əliyeva, Tərcümə, III kurs
- Aytac Abdullayeva, Filologiya, III kurs
- Səidə Məmmədova, Filologiya, III kurs
- Günay Babazadə, Filologiya, I kurs
İctimaiyyətlə əlaqələr şöbəsi
17.10.2017
DİGƏR XƏBƏRLƏR
SPTM Mərkəzi tələbələr üçün “Yumşaq bacarıqlar” fənni üzrə seminar təşkil edib
27 fevral 2026
“Conversation Club”ın növbəti görüşü “Black February” mövzusuna həsr olunub
27 fevral 2026
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26 fevral 2026
Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımını anım tədbiri keçirib
26 fevral 2026
Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri sertifikatla təltif olunublar
25 fevral 2026
Azərbaycan Universitetində “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub
23 fevral 2026
