XƏBƏRLƏR

Müəllimimiz Hacettepe Universitetində mühazirə oxuyub

Müəllimimiz Hacettepe Universitetində mühazirə oxuyub

16 aprel 2018

Baxış sayı: 4365

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi Gülnar Alverdiyeva “Mövlanə” Mübadilə Proqramı çərçivəsində Türkiyənin Hacettepe Universitetində tədris prosesində iştirak edib. Burada sosial iş ixtisası üzrə təhsil alan tələbələrə “İnsan haqları və beynəlxalq sosial iş”, “Sosial siyasətə bağlı sosial xidmətlər və yardımlar” və “Orta yaş dövrünün sosial və psixoloji xüsusiyyətləri” mövzularında mühazirə oxuyan müəllimimiz iki həftə davam edən proqramda sosial iş sahəsi üzrə bir sıra simpoziumlarda da iştirak edib.

“İnsan haqları və beynəlxalq sosial iş” mühazirəsi beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən və insanların rifah səviyyəsini yaxşılaşdırmağı hədəfləyən  layihələr, dünya ölkələrinin, eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, qloballaşma, müharibə, sülh, qaçqın və məcburi köçkünlər haqqında olub.

“Sosial siyasətə bağlı sosial xidmətlər və yardımlar” mühazirəsində Azərbaycan və qardaş ölkə Türkiyənin sosial siyasətlərinin müqayisəsi, sosial siyasətlərində yer alan sosial xidmətləri və yardımları müzakirə olunub.

“Orta yaş dövrünün sosial və psixoloji xüsusiyyətləri” mühazirəsində isə orta yaş dövründə insanların psixologiyası, ortaya çıxa biləcək problemlər və onların həlli yolları, bu dövrdə alkoqolik və narkotik maddə asılılığı ilə mübarizə, ailə içi və iş həyatında yaşanan problemlər və bu kimi məsələlər marağa səbəb olub.

Əməkdaşımız ölkəmizin sosial iş ixtisasının tədrisi ilə bağlı təcrübəsini də türkiyəli həmkarları ilə müzakirə edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
16.04.2018


DİGƏR XƏBƏRLƏR