XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru təltif olunub
Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti tərəfindən “Mədəniyyətlərin dialoqunda təhsil: Rus məktəbi dünyası” beynəlxalq pedaqoji forumunun və həmin cəmiyyətin VIII konfransının təşkilində və keçirilməsində fəal iştirakına görə təşəkkürnamə təqdim olunub.
Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti dünyanın 52 ölkəsinin təhsil və elm işçilərini birləşdirir. Bakı şəhərində və İsmayıllı rayonunun İvanovka kəndində keçirilmiş beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan, Latviya və digər ölkələrin təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
23.10.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşı “Təhsil-təlim-məşğulluq-sənaye” görüşündə iştirak edib
23 iyun 2026
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
22 iyun 2026
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 iyun 2026
Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar öz işini yekunlaşdırıb
16 iyun 2026
Azərbaycan Universitetində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub
12 iyun 2026
Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib
12 iyun 2026
