XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elmira İsmayılovanın həmmüəllifliyi ilə Azərbaycan tarixinə dair kitab çap olunub.
“Azərbaycan tarixi” adlı dərslik ingilis bölməsində təhsil alan tələbələr üçün ingilis dilində hazırlanıb. Dərslik Azərbaycanın ən qədim çağlardan bu günədək mövcud olan sosial-iqtisadi, siyasi, etnik, mədəni tarixini əks etdirir və ali məktəblərdə tədris olunan “Azərbaycan tarixi” fənninin proqramına uyğun olaraq tərtib olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib
02 iyun 2026
Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub
02 iyun 2026
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib
01 iyun 2026
“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib
01 iyun 2026
Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb
01 iyun 2026
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
26 may 2026
