XƏBƏRLƏR

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursuna start verilib

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün  hazırlıq kursuna start verilib

04 dekabr 2024

Baxış sayı: 366

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün Azərbaycan dilində hazırlıq kursuna (foundation) start verilib. Kursun əsas vəzifəsi xarici ölkə vətəndaşlarını Azərbaycan Universitetində, həmçinin ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil almaları üçün hazırlamaqdır. Kurs əcnəbi vətəndaşlara Azərbaycan dilini öyrənmək yaxud təkmilləşdirməklə yerli mühitə daha sürətli uyğunlaşmaq və təhsildə uğur qazanmaq imkanı yaradır.

Hazırlıq kursunda  təhsil müddəti 1 tədris ilidir. Tədris peşəkar müəllimlər tərəfindən aparılır və müasir metodikaya əsaslanır. 

Hazırlıq kursunu uğurla başa vuran iştirakçılara Elm və Təhsil Nazirliyinin müvafiq şəhadətnaməsi təqdim olunacaq. Şəhadətnamə əcnəbi vətəndaşlara Azərbaycan Universitetində, o cümlədən ölkənin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ verir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR