XƏBƏRLƏR

Azərbaycan Universitetində ekoloji terminlər lüğəti hazırlanıb

Azərbaycan Universitetində ekoloji terminlər lüğəti hazırlanıb

17 oktyabr 2024

Baxış sayı: 438

Azərbaycan Universitetinin Tərcümə və Filologiya kafedrasının müəllimləri- dosent Eldar Şahgəldiyev, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Heydər Quliyev və Oqtay İsmayıl tərəfindən “Glossary of Ecological Terms” (Ekoloji terminlər lüğəti) adlı lüğət hazırlanıb.  

İqlim dəyişikliyi və COP ilə bağlı aparılan təbliğat işinin və keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi olaraq hazırlanan vəsaitin söz tərkibi işlənmə tezliyi daha yüksək və ekoloji terminlərdən ibarətdir. Lüğət kafedra iclasında, Humanitar və sosial elmlər fakültəsinin Elmi Şurasında müzakirə edilərək çapa tövsiyyə olunub. 

Qeyd edək ki, lüğət Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq hazırlanıb. 

                                                                      İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR