XƏBƏRLƏR
Azərbaycan Universitetində ənənəvi stolüstü tennis və dama yarışı keçirilib
Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Universitetinin tələbələri arasında ənənəvi stolüstü tennis və dama yarışı keçirilib. Yarışda bütün fakültələr üzrə tələbələr iştirak edib.
Stolüstü tennis yarışının nəticəsinə əsasən I yeri Nicat Talıbov (Biznes və iqtisadiyyat fakültəsi, IV kurs), II yeri Ravan Nağdalıev (Biznes və iqtisadiyyat fakültəsi, IV kurs), III yeri Namət Nağıyev (İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, I kurs) tutub.
Dama yarışının nəticəsinə əsasən I yerə İbrahim Məmmədli (Humanitar fənlər fakültəsi, IV kurs), II yerə Soltan Məmmədov (Biznes və iqtisadiyyat fakültəsi, IV kurs), III yerə isə Ömər Allahverdiyev (Biznes və iqtisadiyyat fakültəsi, II kurs) çıxıb.
Qaliblərə sertifikatları universitetin məşqçisi Nazim Mehralıyev və İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Ülvi Süleymani təqdim edib.
İctimaiyyətlə əlaqələr şöbəsi