XƏBƏRLƏR

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlimlərə başlanıb

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün təlimlərə başlanıb

19 dekabr 2024

Baxış sayı: 291

Azərbaycan Universitetində Sosial Xidmətlər Agentliyi və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün üçgünlük təlimlərə başlanıb. “Sosial işdə fərdi halların idarə edilməsi” (Keys Menecment) mövzusunda  təşkil edilən təlimi Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı, Sosial işin təşkili kafedrasının müəllimi Sara Ağayeva və Sosial işçi, sosial müdafiə üzrə mütəxəssi və tədqiqatçı Lamiyə Rzayeva –Əhmədli keçəcək.

İnteraktiv formatda təşkil olunan təlimin ilk günü iştirakçılar proqramın məqsədi ilə tanış olub, gözləntilərini müzakirə ediblər. Ardınca “Sosial xidmətdə sosial işin əhəmiyyəti”, “Sosial işin əsas nəzəriyyə və metodları”,”Keys menecerin etik prinsipləri”,”Keys menecerin əsas bacarıqları”,”Keys menecment mərhələləri.Müəyyənləşdirmə və qeydiyyat” mövzuları üzrə mühazirələri dinləyib, komandalara bölünərək verilən tapşırıqları həll ediblər.

Növbəti günlərdə isə “Keysin ilkin qiymətləndirilməsi”, “Keysin təfsilatlı qiymətləndirilməsi”, “Fərdi planın tərtibatı”, “Müdaxilə modellərinin tətbiqi”, “Fərdi planın icrası”, “İctimai vəkillik” və bu kimi təlim proqramında yer alan mövzular nəzəri bilik və praktiki tapşırıqlarla iştirakçıların nəzərinə çatdırılacaq.  

Qeyd edək ki, təlim proqramının bir hissəsi Sosial Xidmətlər Agentliyində keçiriləcək. Təlimin sonunda iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar. 

 İctimaiyyətlə əlaqələr şöbəsi




DİGƏR XƏBƏRLƏR