XƏBƏRLƏR
Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrini xaricdə oxuyacaq
Azərbaycan Universitetinin 2 tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestrini xarici tərəfdaş universitetlərdə davam etdirmək hüququ əldə edib. Proqramda iştirak etməyə haqq qazanmış tələbələr Biznes və iqtisadiyyat fakültəsində təhsil alır.
İngilisdilli marketinq ixtisasında təhsil alan II kurs tələbəsi Natəvan Pirili Almaniyanın Koblenz Universitetində, İqtisadiyyat ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nurlan Mədətxanov isə Türkiyənin Anadolu Universitetində oxuyacaq. Tələbələr növbəti tədris ilində Azərbaycan Universitetinə qayıdaraq təhsillərini davam etdirəcəklər.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
