XƏBƏRLƏR

Azərbaycan Universitetinin 4 tələbəsi təhsilini xarici tərəfdaş universitetlərdə davam etdirəcək

Azərbaycan Universitetinin 4 tələbəsi təhsilini xarici tərəfdaş universitetlərdə davam etdirəcək

18 sentyabr 2024

Baxış sayı: 673

Azərbaycan Universitetinin 4 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestrində təhsilini xarici tərəfdaş universitetlərdə davam etdirəcək. Elmar Umud, Aydan Nəsirova, Şaiq İsmayılov və Röya Məmmədova “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində Almaniya, İtaliya və Polşanın ali təhsil müəssisələrində qısamüddətli təqaüdlü təhsil almaq hüququ əldə ediblər. 

Elmar Umud payız semestrini  Almaniyanın Koblenz Universitetində, Aydan Nəsirova isə  İtaliyanın Sapienza Universitetində  oxuyacaq. Hər ikisi Biznes və iqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi (ingilis bölməsi) ixtisası üzrə II kurs tələbəsidir. 

Magistratura tələbələri Şaiq İsmayılov (Bank işi) Polşanın Krakow Universitetində, Röya Məmmədova (Dilşünaslıq) isə İtaliyanın Sapienza Universitetində təhsilini davam etdirmək hüququ əldə edib. 

Qeyd edək ki, xaricdə təqaüdlü təhsil ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr yüksək akademik göstəricilərə sahib olmalıdırlar.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR